FLAŞ


Əfsanəvi Hacı Muradın cənazəsi Qaxdan Dağıstana aparılacaq


https://assets.oxu.az/uploads/W1siZiIsIjIwMTkvMDUvMzEvMDcvMDcvNTgvYjc3ZmUxMzgtZDg5My00ZDFlLWEzNjItYzQxNDZlNDc4YzFlL9C80YPRgNCw0YIyLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d?sha=710d0de4c2c6998c

İmam Şamilin naibi (köməkçisi) məşhur Hacı Muradın cənazəsi Qaxdan Dağıstana aparılacaq və təkrar dəfn olunacaq.

Risuya KİV-lərinin məlumatına görə, dəfn mərasimi iyunun 2-də Hacı Muradın doğma kəndi – Xunzaxda baş tutacaq.

Təşkilatı komitənin sədri Məhəmməd Əmirxanov bildirib ki, söhbət qəhrəmanın məhz Azərbaycanda 1852-ci ildə bastırılan qalıqlarından gedir.

O həmçinin bildirib ki, Hacı Muradın bədən sümükləri ilə birlikdə Sankt-Peterburqun Kunstkamerasında saxlanılan başı da dəfn oluna bilər. Hələlik bu məsələ müzakirə mövzusudur.

Öncə Hacı Muradın varisləri onun cənnazəsini doğma torpağa tapşırılmasını dəfələrlə tələb ediblər.