FLAŞ


İcra başçısının müavini vəzifədən azad edildi


http://olke.az/uploads/1559204404/qovulma.jpg
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı vəzifəsindən azad edilib.

Bolge.info Report-a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.

N.Muxtarlı Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Muxtarlı Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsi ilə yanaşı, İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini də tuturdu.