FLAŞ


Prezident sərəncam imzaladı


https://cdn.axar.az/2016/11/10/ilham-serencam212121212.jpg

Prezident İlham Əliyev Maqsud Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bolge.info xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Maqsud Davud oğlu Məmmədov "Şöhrət" ordeni ilə təltif edilsin".