FLAŞ


Zaqatalada iki avtomobil toqquşdu: xəsarət alanlar var


https://ww2.lent.az/upload/images/news/2019/may/29/small/c7268a815f9fce5fa6fabbfccf16b85e.jpg
Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
 
ONA -nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. Zəyəm kənd sakini, 1991-ci il təvəllüdlü Emin Musa oğlu Məmmədovun idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə Bakı şəhər sakini Eltac İsgəndərovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili toqquşub. Qəzadan sonra hər iki sürücü Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
 
Tibb müəssisəsindən bildirilib ki, yaralılardan E.Məmmədova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir.
 
E.İsgəndərovun xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
 
Faktla bağlı araşdırma aparılır.