FLAŞ


Zaqatalada 3 yaşlı uşaq ölüb


http://olke.az/uploads/1558176429/xestex.jpg
Zaqatalada üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Bolge.info ONA-ya istinadən xəbər verir ki,  hadisə bu gün günorta saatlarında rayonun Suvagil kəndində baş verib. 2016-cı il təvəllüdlü Toğrul Adil oğlu Heydərov yaşadığı evin həyətyanı sahəsində oynayan zaman ərazidə olan “KamAz” markalı yük maşınının təkəri üstünə düşüb. Hadisədən sonra üç yaşlı T. Heydərov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.