FLAŞ


Deputat bəzi rüsumların bahalığından ŞİKAYƏTLƏNDİ


http://olke.az/uploads/1558083434/cingiz.jpeg
Deputat bir çox xidmətlərdə dövlət rüsumunun baha olmasından şikayətləndi

 “Ölkə.Az” xəbər verir ki, parlamentin bu gün keçirilən pelnar iclasında  “Dövlət rüsumu haqqında” qanun layihəsinə dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

 Onun sözlərinə görə, icarə müqavilələrin baha olması ilə bağlı bizlərə şikayətlər daxil olur. 

“Belə ki, vətəndaş kişik bir əraziyə malik obyektini icrayə verərkən  ondan 92 manat  rüsum alınır. Həmin obyekt iki Aydan sonra başqa birisinə verilində də yenidən həmin rüsum ödənilir. Bu azmış kimi icarə müqaviləsi pozulanda isə 23 manat əlaəv rüsum ödənilir. Bu məsləyə baxmaq lazımdır. Bununla bağlı çoxsaylı şikayələr var. Bu bahadır”- deputat bildirib.

Deputat eyni zamanda  “Reklam haqında “ qanuna  reklam elanlarının vuurlması ilə bağlı 2 kvadratmetrlik reklam lövhəsinin  bir kvadratametrə endirilməsi  sahibkarların ciddi narazıçılığına səbəb olub. “Bildirilib ki, ölkədə 130 min sahibkarlıq subyekti var. İndi Reklam Agentliyi  qanuna edilən dəyişikliyə əsasən sahibkarları  obyektin reklam lövhəsinin bir kv.metrdən artıq olması üçün əlavə vəsait tələb edir. Belə dəyişikliklərdən əziyyət çəkən sahibkar olur. Bu yolverilməz haldır. Bu məslələrə diqqət yetirmək lazımdır”- deputat qeyd edib.