FLAŞ


İki hakim işindən uzaqlaşdırıldı


http://news.lent.az/upload/images/news/2019/may/15/big/9aabce1a68c9749cb4a562349522839c.jpg
Bu gün Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
 
Bolge.info-nun Şuranın saytına istinadən verdiyi məlumatına görə, məhkəmələrdə monitorinqlər keçirilərək qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşların haqlı narazılığını doğuran pozuntular yerində dərhal aradan qaldırılıb, daha kobud nöqsanlara yol vermiş 2 hakim barədə intizam icraatı başlanılıb.
 
Şurada qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib, o cümlədən Tərtər rayon məhkəməsinin hakimi Mübariz Məmmədovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Quba rayon məhkəməsinin hakimi Zamin Tahirovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.