FLAŞ


Ağdam sakini tapdığı 2 kq qızılı sahibinə qaytarıb


https://ww2.ona.az/upload/news/2019/may/08/big/625cd29cf2e78c4.jpg

Ağdam sakini tapdığı pulu və 2 kiloqramdan çox qızılı sahibinə qaytarıb.

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə rayonunda baş verib. Məcburi köçkün qəsəbəsində məskunlaşan, Ağdam rayon Qızıllı Kəngərli kənd sakini, 1965-ci il təvəllüdlü Əflatun Muradov yaşadığı binada pul kisəsi tapıb. Pul kisəsini açarkən içində külli miqdarda pul və qızıl zinət əşyalarının olduğunu görüb. Ə.Muradov tapdığı pul kisəsinin sahibini taparaq onu təhvil verib.