FLAŞ


Ata maşını ilə öz övladını öldürdü


http://olke.az/uploads/1557165116/fa.jpg
Yevlax şəhərində tükürpədici hadisə baş verib.

Bolge.info milli.Az-a istinadən xəbər verir ki, hadisə Yevlax şəhərinin Fizuli küçəsində baş verib.

Belə ki,  ata özünəməxsus idarə etdiyi maşını ilə manevr edərkən ehtiyatsızlıqdan avtomobilin ətrafında dolaşan 4 yaşlı oğlunu görməyib.

Nəticədə ata 2015-ci il təvəllüdlü oğlu - Kənan Ruslan oğlu İsmayılovu vuraraq ona ağır xəsarət yetirib.

Yaralı uşaq xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. K.İsmayılov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.