FLAŞ


Stalin rublu dollardan necə qoruyub?


http://olke.az/uploads/1557145957/stalina.jpg
İqtisadi artım və maliyyə stabilliyi istənilən ölkə rəhbərliyinin vacib məqsədlərindən biridir. Bu gün bir çox xarici ticarət dollara bağlı olaraq aparılır. Demək olar ki, dünyanın bir çox ökəsi milli valyutalarını dollara görə hesablayırlar və onun təsirindən qurtula bilmirlər. Amma bir çox ölkə özmaliyyə sferasını qoruya bilmir, müstəqil edə bilmir.

“Ölkə.Az” xəbər verir ki, tarixdə belə bir dövlət başçısı olub və o, Stalindir. Stalin SSRİ dövründə rublu dollar asılılığından xilas edib və ölkə iqtisadiyyatını qoruya bilib.

İkinci dünya müharibəsindən sonra müharibədə iştirak edən ölkələr maliyyə və iqtisadiyyat sahəsində böyük çətinliklərlə üzləşdilər. SSRİ rəhbərliyi iqtisadi cəhətdən qeyri-stabillik, yüksək həddə infilyasiya, məhv olmuş sənaye, mal çatışmazlığı ilə üz-üzə idi. Ölkə iqtisadiyyatını amerikan dollarından olan asılılıqdan xilas etmək lazım idi. Hələ müharibəyə qədər, 1930-cu illərin sonundan SSRİ bütün xarici ticarəti dollarla aparırdı. Rubl daim dollar ətrafında dövr edirdi. 1947-ci ildə 1 dollar 50 rubl idi. Vəziyyət Stalini ciddi narahat etdi və ciddi islahatlar başladı. Pul islahatından əvvəl Stalin hökuməti inandırdı ki, dolların qiyməti 4 rubldan çox ola bilməz.

1950-ci illərdə artıq müstəqil sovet rublu əldə edildi və bu pul ölkənin qızıl ehtiyatına arxalanırdı. Məhz qızıl fondu rublu dollardan qoruyurdu. Sovet maliyyə sisteminin bu hərəkəti sosialist düşərgənin bir sıra ölkələri üçün nümunə oldu. Stalinin fikrinə görə, Yuqoslaviyanı ingilis və amerikan puluna bağlı olduğu üçün faciə gözləyir. Rublun möhkəmlənməsi iqtisadiyyatın artımına və inkişafa səbəb oldu.

SSRİ-nin təcrübəsindən ilhamlanan ölkələr Sovet İqtisadi Qarşılıqlı Yardım təşkilatında birləşdilər. Təşkilat ölkələrin ABŞ-ın nüfuz dairəsində və dollardan asılı olmayaraq siyasi, iqtisadi və mədəni inkişafını dəstəkləyirdi. Qərbi Avropa ölkələri isə ABŞ-ın müharibədən sonrakı dollar hökmranlığına boyun əyməli oldular. Fransa Şarl de Qolun hakimiyyəti illərində xarici pulun təsirindən qurtulmaq üçün dolları qızıla dəyişməyi təklif etdi. Amma ABŞ hökuməti bundan imtina etdi...

И.Сталин

Советские рубли

Hikmət Həsənov