FLAŞ


Qazaxda kişi qonşu qadını bıçaqladı


http://olke.az/uploads/1556789655/biccc.jpg
Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Ölkə.Az" xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kənd baş verib. Kənd sakini 38 yaşlı Elmira Tapdıq qızı Orucova boyun, kürək və bədənin digər nahiyələrindən çoxsaylı bıçaq xəsarəti ilə Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Onun mübahisə zəminində qonşusu 48 yaşlı Mürsəl Hüseynov tərəfindən bıçaqlandığı məlum olub. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.