FLAŞ


Buraxılış imtahanları çox çətin olub?

– Dedi-qodulara cavab


http://news.lent.az/upload/images/news/2019/april/23/big/d78043f0ff929f653f59f4e0b0ef0b8e.jpg

Aprelin 28-də əvvəlki illərin məzunları üçün I,II,III və IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin, V qrup üzrə ali təhsil müəssisələrinə və 11 illik  bazada kolleclərə qəbul imtahanı keçirilib.

Sosial şəbəkələrdə bəzi abituriyentlər imtahan suallarının çətinliyinə dair müzakirələr aparırlar.

Mövzuyla bağlı DİM-dən AzEdu.az-a bildiriblər ki, hər imtahanda test bloku asan, orta və çətin tipli tapşırıqlardan ibarət olur.

İmtahanda tapşırıqların ağırlıq dərəcəsinin necə olması haqqında yalnız iştirakçıların hamısının nəticələrini təhlil etdikdən sonra fikir bildirmək mümkündür. Hər imtahandan sonra onun nəticələri elmi, metodiki baxımdan təhlil olunur. Yalnız öz ətrafında olan insanların fikirlərinə əsasən ümumi qənaətə gəlmək doğru deyil.

Hər il DİM-də keçirilən fənn seminarlarında nəticələr ekspertlərə təqdim olunur. Burada nəinki ümumi test bloku, həmçinin, hər bir tapşırığın imtahanda necə işləməsi barədə statistik məlumatlara baxılır. Ötən illərin təcrübəsi göstərir ki, bu növ imtahan və nəticələrin ümumi səviyyəsi bir-birinə bərabər olur.

Qeyd edək ki, nəticələrin iyunda elan olunması nəzərdə tutulur.