FLAŞ


Anasını İrana aparıb fahişəliyə cəlb etdi


http://olke.az/uploads/1556344525/fahiseliyecelbetme.jpg
Azərbaycanlı qadınları İranda cinsi istismara məruz qoymaqda təqsirləndirilən Sevinc İxayevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

"Ölkə.Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi may ayının 6-na təyin olunub.

Sevinc İxayevanın həbs edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları həyata keçirib.

Araşdırmalar zamanı onun Azərbaycan Respublikası vətəndaşları olan qadınları 2016-2018-ci illər ərzində İran İslam Respublikasının Meşkinşehr və Təbriz şəhərlərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Qeyd edək ki, Sevincin həbs edilməsi üçün şikayəti idarəyə yaşlı anası edib. O, bildirib ki, qızı tərəfindən İranda fahişəliyə cəlb edilib.
Məlum olub ki, Sevinc hədə-qorxu gəlməklə anasını bu yola çəkib. 

İstintaq orqanı tərəfindən Sevinc İxayevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.