FLAŞ


Millimizin futbolçusu "Seltik"in hədəfində


http://news.lent.az/upload/images/news/2019/april/20/big/8f3ce0453abc621554aaef0b4509177d.jpg

"Qəbələ"nin müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Şotlandiyada davam etdirə bilər. 

21 yaşlı müdafiəçini "Seltik" transfer etmək istəyir.

Bildirilir ki, yayda Dedrik Boyata "Herta"ya keçəcəyi, Filip Benkoviç isə "Lester"ə qayıdacağı üçün Şotlandiya təmsilçisi yeni müdafiəçi axtarışına çıxıb. Mustafazadənin klubun yay toplanışına dəvət ediləcəyi qeyd olunub. Gənc futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilə imzalanacaq.

Qeyd edək ki, milli komandamızın üzvü  "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. O, bu mövsüm Azərbaycan Premyer Liqasında 20 oyuna çıxıb. /qol.az