FLAŞ


Cinlərə qonaqlıq verən "Cindar Hüseyn" və anası hakim qarşısında cavab verəcək


http://olke.az/uploads/1554288923/cindar.jpg
Bakıda dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, toplanan materiallar baxışlamı üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatına verilib.
İttihama görə, "Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.

Hüseyn Əlizadə anası ilə birlikdə zərərçəkmiş Rübabə Ağayevanın külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib.

Rübabə Ağayeva bildirib ki, "Cindar Hüseyn”ə ümumilikdə 300 min manata yaxın pul - 57000 ABŞ dolları, 15000 Böyük Britanya funt sterlinqi, 47000 manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan Hüseyn Əlizadə və anası alıb.

Cinayət işi üzrə daha 12 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.