FLAŞ


Bərdədə oğul atasından boşanan anasını küçədə bıçaqladı


http://olke.az/uploads/1554190305/bicaqq.jpg
Bərdə də anasını bıçaqlamaqda şübhəli bilinən Əhmədov Elvin Telman oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərlib.

Məhkəmə prosesi aprel ayının 15-də hakim Nurlan Əliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hadisə Bərdə şəhərinin Qarabağ qəsəbəsində baş verib. Əhmədov Elvin Telman oğlu tərəfindən küçədə bıçaqlanan 47 yaşlı Aybəniz Vəliyeva xeyli vaxt əvvəl həyat yoldaşından ayrılıb. O, qəsəbədə atasının evində yaşayıb. Elvin isə atası ilə birgə kirayədə tutduqları mənzildə yaşayıb.
Hadisə baş verən günü Elvin anasının yaşadığı evə gələrək dava-dalaş salıb və küçədə anasına hücum edərək bıçaqla zərbələr endirib. Aybəniz Vəliyeva Bərdə şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün olub.

Qanlı hadisəni törətməkdə şübhəli bilinən Elvin Əhmədov  polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.