FLAŞ


Balakəndə ağır qəza

— Sürücü öldü


http://olke.az/uploads/1554196181/qezayuk.jpg
Balakəndə idarəetməni itirən sürücü qəza törədib.

"Ölkə.Az" xəbər verir ki, hadisə gecə saatlarındaBalakən rayonunun H.Əliyev prospektində baş verib. Katex kənd sakini Rəvan Mikanayev idarə etdiyi “Priora” markalı avtomobili hərəkətdə olarkən qəflətən idarəetməni itirib. Nəticədə avtomaşın dairəyə çırpılıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü Rəvan Mikanayev elə hadisə yerində dünyasını dəyişib.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.