FLAŞ


Düşmənin 7 tankını məhv edən Aprel qəhrəmanı


https://azvision.az/photos/2019/04/Mirda-1554191613.jpg
Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlərdə qəhrəmanlıq göstərən zabitlərimizdən biri də Mirdamət Bağıyev olub. 

Azvision.az -ın məlumatına görə, aprel döyüşlərində böyük qəhrəmanlıq göstərən M.Bağıyev Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenə layiq görülüb.


O, düşmənin 7 tankını, şəxsi heyəti daşıyan 3 dolu hərbi maşınını, 1 hərbi texnikasını, bir minik avtomobilini məhv edib. 



Mirdamət döyüşlərin ilk günündə çiynindən güllə yarası alsa da, bunu kiməsə bildirməyib, yaralı-yaralı döyüşü davam etdirib. Döyüşlər səngiyəndən bir neçə gün sonra aldığı güllə yarası onu narahat etməyə başlayıb. Komandirlərinin ciddi yaralandığını görən hərbçilər təkidlə onun hospitala göndərilməsi üçün müraciət ediblər.