FLAŞ


"Dünyada heç bir ölkədə belə bir xarici dil öyrətmə üsulu yoxdur!"


http://azedu.az/uploads/news/2019/03/azedu.az_173935_991.jpg
AzEdu.az  tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin şəxsi feysbuk hesabında yazdığı və vacib təhsil məsələsindən bəhs edən statusunu təqdim edir:
 
Dəyərli dostlarım! İngilsdilli məktəblərin sürətlə artımına qarşı yazdığım statusumu bir neçə FB dostum süngü ilə qarşıladı. Onlara "Molekulyar biologiya" sahəsində Böyük Türk alimi Oqtay Sinanoğlunun “Mühacir hamamı” əsərindən bu parçanı oxumağı tövsiyyə edirəm. 
 
Əvvəlcı professor Oqtay Sinanoğli haqqında: Prof. Dr. Oqtay Sinanoğlu dünyada ən gənc yaşda (26 yaşında) ABŞ-ın Yell Universitetində professor olmuş şəxsdir. İki dəfə Nobel mükafatına namizəd göstərilmişdir. Aldığı saysız-hesabsız mükafatları, işləri və elmə verdiyi töhfələri o qədər çoxdur ki, bunları ayrı bir mövzu kimi yazmaq olar. Fizika, Kimya, Biologiya və Riyaziyyat sahələrində adını dünyaya eşitdirmiş və bir çox tədqiqatları ilə ədəbiyyata keçmişdir. Onun “Türk Eynşteyni” olaraq yad edilməsi də təsadüfi deyildir. 
 
“Mühacir Hamamı” Kitabından:
 
“Türkiyədə 1953-cü ilə qədər orta/lisey təhsili, dünyadakı bir neçə ən yaxşı təhsil sistemlərindən biri idi. Türkcə aldığım təhsillə ABŞ-ın ən yaxşı universitetlərində üç sinif irəli çıxdım. Məzun olduğum Yenişəhər Liseyində (daha sonra Ted kolleci adlandırılmışdır) məzuniyyətimdən sonra ingiliscə təhsilə keçildi. Bizim məktəbdən başlayaraq bu işə müvəffəq olan “Mr. Browning” (Bu ad Sinanoğlunun ABŞ-ı Azmanıstan adlandırması kimidir), İngiltərə Kraliçasından 20 il sonra medal aldı. O vaxt heç kim “Kraliça niyə Türkiyədəki bir ingiliscə müəlliminə medal verir” deyə soruşmadı. Bir keşiş gəlib Türk məktəbində dərs desə bilərsiniz ki, o keşiş və missionerdir. Təmkininizi qoruyar, keşişin təsirinə düşməyiniz çətin olar. Ancaq eyni məktəbdə millətimizdən biri gəlib missionerlik etsə daha təsirli, dərin və hiyləgərcə olar. Osmanlının son dövründə qurulmuş missioner məktəbləri fəsad yuvaları olmuşdu. Beşinci kolon olaraq düşmənlə iş görürdülər. Məktəblər silah anbarı olaraq istifadə olunurdu. Atatürk bunları bildiyi üçün bu məktəbləri bağlasa da bir neçəsi qaldı. Lozanda belə bu məktəblər bağlana bilmədi. Bir neçə dənə qalan bu məktəblərdə atılmış pis toxumlar vaxt keçdikcə böyüyərək bir xəstəlik kimi Türkiyəyə yayıldı... Hər getdiyim ölkənin dilini öyrənməyə çalışdım. Hətta Yaponiyada yaponca elmi mühazirələr də verdim. Amma təhsilin başqa bir dildə olması tamam başqa və qorxulu bir hadisədir. Alman universiteti Alman dilində, Yapon universiteti isə Yapon dilində təhsil verir.
 
Dünyada təhsil dilini ingiliscə edərək xarici dili öyrətmə üsulu deyə bir üsul yoxdur! Müstəmləkə ölkələrini çıxmaq şərti ilə dünyada heç bir ölkədə belə bir xarici dil öyrətmə üsulu yoxdur!"