FLAŞ


Qadının 19 yaşlı sevgilisi ilə 44 yaşlı əri canlı efirdə qarşı-qarşıya


http://olke.az/uploads/1553851094/verfi.png
Bir müddət öncə 36 yaşlı Aygün adlı qadına qoşulub qaçan 19 yaşlı Elsevər Həşimovun ailəsi ikinci dəfə "Səni axtarıram"a müraciət edib.

 "Ölkə.Az"ın məlumatına görə, yeniyetmənin anası bildirib ki, oğlu iki uşaq anası olan qadına qoşularaq yenidən evdən gedib. Axtarışlardan sonra E.Həşimov studiyaya gətirilib. O, bildirib ki, hazırda istixanalarda işləyərək birlikdə yaşadığı qadının iki azyaşlı övladına baxır. Aygünün Tofiq adlı 44 yaşlı   həyət yoldaşı studiyada Elsevərlə qarşı qarşıya gəlib. Məlum olub ki, qadın rəsmi nikahda ola-ola gənc oğlanla görüşürmüş:

"Aygünlə rəsmi nikahımız hələ də var. Amma elə qadın mənə lazım deyil. Elsevər bilsin ki, Aygün bu günü mənə etdiklərini sabah da ona edəcək. Mənə  Aygün lazım deyil, uşaqlarımı istəyirəm". 
E.Həşimov sonda bildirib ki, bundan sonra həmin qadınla birlikdə yaşamaq istəmir və ailəsinin yanına qayıtmaq qərarı verib.

Qeyd edək ki, yanvar ayında E.Həşimov canlı efirdə valideynlərindən imtina edərək, yaşadığı qadını seçmişdi.