FLAŞ


Gizli tarix: Roma Papası bir neçə il qadın olub


http://olke.az/uploads/1553668614/papa.jpg
Çox gizli bir tarixi fakt bu yaxınlarda üzə çıxıb.

“Ölkə.Az” xəbər verir ki, 853-cü ildən 855-ci ilə qədər Vatikanda taxtı qadın tutub və özünü VIII İohann kimi qələmə verib. Əfsanəyə əsasən, bu qadın Maynts şəhərindən olan ingilis missionerin çox istedadlı qızı imiş. O, tibb təhsili alıb və o dövrdə qadın kimi heç nə əldə edə bilməyəcəyini anladığı üçün rahib paltarı geyinərək özünü kişi kimi aparıb.

Romaya çatan qadın istedadı ilə çox qısa müddət ərzində o qədər şöhrətləndi ki, ruhani karyera qurdu və Papa IV Lev onu qəbil etdi. Qadın əvvəlcə Papanın tələbəsi, Papa öldükdən sonra isə vəliəhdi olub. Amma qadın cəmi iki il Papa ola bildi. Çünki tədbirlərin birində oğlan uşağı dünyaya gətirdi.
Bu gün Papa əlyazmalarında bu barədə heç bir qeyd yoxdur. Real Papa VIII İohann isə 872-882-ci illər arsınmda taxtda olub. Amma XVII əsrə qədər bu fakt hamı üçün məlum idi və heç kəs bunun dəqiqliyinə şübhə ilə yanaşmırdı. Sonradan isə Roma Papalarının tarixi yenidən yazıldı və qadının hökmdarlığı tarixdən silindi. Bu gün Papaların rəsmi siyahısı olan “Liber Pontificalis”də bu ada rast gəlmək mümkün deyil.

Amma yuxarıdakı tarixi fakt realdır. Çünki məhz 587-ci ildən Papa seçilməsində cinsi dəqiqlik aparılması məcburi oldu.