FLAŞ


Misir Mərdanov qəzaya düşdü


http://olke.az/uploads/1553674541/misirmerdanov.jpg
Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunbun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.

Bolge.info xəbər verir ki, bu barədə ONA-ya Misir Mərdanovun özü məlumat verib.

O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.