FLAŞ


İcra başçısı dəm qazından ölüb?


http://qaynarinfo.az/photo/600x300/2019-02/1551122208_untitled-1.jpg
Naftalanın mərhum icra başçısı Rövşən İbrahimovun Bakı şəhərindəki evində dəm qazından boğularaq ölməsi barədə iddialar yayılıb. Bu gün bəzi KİV-lərdə bununla bağlı məlumatlar dərc olunub.
 
Azvision.az məsələ ilə əlaqədar Naftalan Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Bildirilib ki, R.İbrahimov ötən gün axşam saat 22:00 radələrində evdə ürəktutmasından dünyasını dəyişib, dəm qazından boğulması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. 
 
"Bizdə olan məlumata görə, ölüm səbəbi ürəktutmasıdır. İndiyədək səhhətində problemin olması haqda heç nə deyə bilmərik. Bu barədə xəbərsizik". 
 
Qeyd edək ki, Rövşən Hüseyn oğlu İbrahimov 2018-ci ilin may ayında Naftalan Şəhər İcra Hakimiyətinin başçısı təyin edilmişdi. O, ötən gün 52 yaşında dünyasını dəyişib.