FLAŞ


''Poliqon'' Strateji İntellekt Oyunu üzrə II Universiadanın açılışı və ilk seçim turu keçirilib

- FOTOLAR


https://scontent.fgyd4-1.fna.fbcdn.net/v/t1.0-9/51727839_2057068267676491_8328858390663004160_n.jpg?_nc_cat=109&_nc_ht=scontent.fgyd4-1.fna&oh=5963ef944eb84ff87a0e4a52e3e17886&oe=5CEC0B0C

''Poliqon'' Strateji İntellekt Oyunu üzrə II Universiadanın açılışı və ilk seçim turu keçirildi.

Bolge.info xəbər verir ki, 11 fevral 2019-cu il tarixdə Zərdab rayon Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, “Poliqon Dostlar Klubunun” və Zərdab rayon Gənclər və İdman idarəsinin təşkilatı dəstəyi ilə “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi tərəfindən ''Poliqon'' Strateji İntellekt Oyunu üzrə II Universiadanın açılış mərasimi və ilk seçim turu keçirildi. Tədbirdə Zərdab rayonu Gənclər və İdman İdarəsinin rəisi, həmçinin ''Poliqon'' Strateji İntellekt Oyununun müəllifi İlkin Əliyev iştirak və çıxış etdi. İştirakçılara ölkəmizdə cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət Gənclər Siyasətindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəaliyyətləri barədə, həmçinin Poliqon Strateji İntellekt Oyununun yarama tarixi, məqsədi və ölkəmizdə keçirilmiş yarışları barədə ətraflı məlumat verildi.

Daha sonra II Universiadanın ilk seçim turu keçirildi. Paytaxt Bakıda təhsil alan zərdablı tələbə gənclərdən ibarət “İrəli”, “Aysberq”, “Amazone Team”, “Zəkalar”, “Carpe Diem”, “Sarqas”, “Slizern” komandanlarının iştirak etdiyi yarışda “Carpe Diem” komandası 210 xalla qalib olaraq, növbəti ayda Bakı şəhərində keçiriləcək ''Poliqon'' Strateji İntellekt Oyunu üzrə II Universiadanın final mərhələsində Zərdab rayonunu təmsil etmək hüququ qazandı. Əlavə olaraq qeyd edək ki, II Universiadanın növbəti seçim turları fevral-mart ayları ərzində Bakı şəhərində Ali məktəb tələbələri arasında keçiriləcək. Final oyununun 2019-cu ilin mart ayında keçirilməsi nəzərdə tutulur.