FLAŞ


Sabiq nazir Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı


http://olke.az/uploads/1549710097/sad.jpg
Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun dünyasını dəyişməsi barədə yayılan xəbərlər yalan çıxıb.

Bolge.info xəbər verir ki, Fazil Məmmədovun yaxınları Demokrat.az-a bildiriblər ki, onun ölüm xəbəri yalandır.

"Hazırda Fazil Məmmədov Bakıda iş başındadır. Səhhəti də normal vəziyyətdədir. Bu cür yalan xəbərlərə inanmayın" - deyə keçmiş nazirin ailə üzvləri bildirib. 

Qeyd edək ki, Baku.ws saytı Fazil Məmmədovun Gəncədəki klinikaların birində qara ciyər serrozundan rəhmətə getdiyini yayıb.