FLAŞ


Balakəndə evlərə qənim kəsilən şəxs tutuldu


http://olke.az/uploads/1546850886/ogurluq.jpg
Balakən rayonunda evlərdən oğurluq edən şəxs tutulub

“Ölkə.Az” xəbər verir ki, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən Bərdə rayon sakini Ədalət Qaracayev saxlanılıb.

İlkin istintaq zamanı saxlanılan şəxsin ayrı-ayrı vaxtlarda 2 evdən 11 ev quşu, 3 evdən su çəni, elektrik naqili və məişət əşyaları oğurladığı məlum olub. Qeyd edək ki, saxlanılan şəxs oğurluq etdiyinə görə əvvəllərdən məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.