FLAŞ


Balakəndə 36 yaşlı qadın öz evində ölü tapılıb


https://i.virtualaz.org/268192_res_01.jpg

Balakən rayonunda qadın meyiti tapılıb.

“Report”un məlumatına görə, rayonun 1983-cü il təvəllüdlü Tülü kənd sakini Əfəndiyeva Zeynəb Vahid qızının meyiti yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.

Z.Əfəndiyevanın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Z.Əfəndiyevanın evli və bir övlad anası olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.