FLAŞ


Xristianlıqda Şeytan damğası - ölmüş Roma Papası 100 milyon insanı necə öldürdü


http://cdn.musavat.com/news/thumbnails/d4f95acd19a298ba2dcaa2927a4890ec.jpg

Məryəm oğlu İsa bu dünyada cəmi 33 il yaşadı. Onu 30 qızıl parçasına satan Yəhuda da öz xəyanətinin qurbanı oldu. Amma İsanı çarmıxa çəkənlərdən törəyənlər indi də boyunlarına xaç asıb, gəzir. Məhz onun miladı (doğum günü) ilə bağlı dünya tarixin iki yerə böldülər: Bizim eradan əvvəl və bizim eradan sonra.

Məryəmin oğlu İsa dedi: "Ey Bəni-İsrail, mən Allahın sizə göndərdiyi peyğəmbərəm. Məndən öncəki Tövratı təsdiqləyirəm və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyirəm". İslam peyğəmbərinin gəlişini də ilk dəfə dünyaya o, İncil üzərindən elan etdi...

O da maraqlıdır ki, Roma İmperiyası İsa peyğəmbəri öldürdü. Ancaq bir müddət sonra-392-ci ildə çarmıxa çəkdiyi insanın bəşəriyyətə gətirdiyi dinə tapındı. Hazırda dünyada 2.3 milyard xristian yaşayır. Məzhəb baxımından əsasən üç yerə bölünürlər: katolik, pravoslav və protestant.

Dünyada yaşayan xristianların böyük çoxluğu-1.3 milyard nəfəri katolikdir. Öncə bütün xristianlar özlərini katolik hesab edib. Parçalanma xeyli sonranın işidir...

Bu yazıda katolik kilsəsinin tarixi ilə bağlı bəzi məqamlara nəzər salacağıq.

Xristianların Qərbi Avropada orta əsrlərdə başladığı inkvizisiya siyasəti islahatlara dözümsüzlük nümayiş edənlərə geniş fürsət tanıdı. "Kafirlərə" qarşı repressiya kampaniyasına vüsət verildi. İspaniya, Fransa, İtaliya, Almaniya zülmətə qərq oldu. Cordano Bruno, Yan Qus, Janna Dark kimi işıqlı şəxsiyyətlər məhv edildi...

Ä°lgili resim


Roma Papasını Qəbirdən çıxarıb mühakimə etdilər

Oxucuların diqqətinə yönəldilən şəkil 1870-ci ildə rəssam Jean-Paul Laurens tərəfindən çəkilib. Yeni Roma Papası VI Stefan keçmiş Roma Papası Formosusu mühakimə edir. Müttəhim kürsüsündə oturan bir neçə ay əvvəl ölmüş Roma Papasıdır. O, 891-896-çi illər arası katoliklərin başçısı olub...

Bu məhkəmə katolik kilsəsi tarixində ən biabırçı hadisədir. VI Stefan özündən əvvəlki Papanı qəbirdən çıxartdırdı, çürümüş cəsədə Roma Papası paltarı geydirdi. Ölmüş Papanın verdiyi qərarlar ləğv edildi. Gizli ayinlərin keçirilməsi zamanı istifadə etdiyi sağ əlinin üç barmağını kəsdilər. Daha sonra bədənini tikə-parça edib Tiber çayına atdılar. Belə bir qəddarlığa imza atan Papanın özünü də 1 il sonra zindana atdılar və elə orada da boğub öldürdülər...

9990db3a3142d1e1a306f6d34e680b52.jpg (119 KB)

VI Stefan


Ölmüş Roma Papası 100 milyon insanı necə öldürdü

XII əsrin əvvəllərində Avropada vəba (lat. "cholera") xəstəliyi yayıldı. Yeddi il ərzində təxminən 100 milyon insan öldü.

Asiyadan qaynaqlanan və İpək Yolu üzərindən Avropanı öz ağuşuna alan bu xəstəliyi daha çox siçovullar yayırdı. Siçovulları məhv etməyin ən rahat yolu pişiklərə bağlı idi...

Ancaq o vaxt Avropada pişik deyilən şey demək olar ki, yox idi. Bilirsiz niyə? Çünki Roma Katolik kilsəsinin rəhbəri Papa IX Qriqori vəba tüğyanından bir əsr əvvəl "Vox in Rama" adlı bir müraciət yaydı. Həmin sənəddə pişik şeytanın təcəssümü elan olundu. Bu səbəbdən də hər bir katolik qabağına çıxan pişiyi öldürməyi Allah qarşısında bir öhdəlik hesab edirdi. Qabağına pişik çıxmayan siçovullar Avropada bu xəstəliyi sürətlə yaydı və 12-ci əsrdə yaşayan 100 milyon insan 100 il əvvəl yaşamış axmaq bir Papanın sarsaq qərarının güdazına getdi...

Uşaqların xaç yürüşü...

XIII əsrdə Xristian dünyası 30 min uşağı Yəhudilərin müqəddəs elan etdiyi torpaqlara xaç yürüşünə göndərdi. Uşaqlar Allaha yalvarırdı ki, heç bir itki vermədən Müqəddəs Torpaqlara daxil olsunlar. Ancaq bu səfər son dərəcə uğursuz oldu. Səfər zamanı uşaqların böyük bir hissəsi yolda öldü, bir hissəsi isə müsəlmanlar tərəfindən əsir götürüldü və qul olaraq satışa çıxarıldı...

Uşaqların xaç yürüşü ile ilgili görsel sonucu

Yəni, biləsiz ki, Quds davası təkcə yəhudilərin xəyallarına söykənmir. Xristianlar da az qala min ildir ki, həmin ərazilərin müsəlmanlardan təmizlənməsini arzulayır. Bu məqsədlə tarixin müxtəlif dövrlərində 8 dəfə səlib yürüşü həyata keçiriblər və sonda da “Müqəddəs müharibə” adlandırdıqları bu avantüra biabırçı məğlubiyyətə düçar oldu. Tarixə o da bəllidir ki, xristianlıq yarandığı ilk 300 ildə son dərəcə sülhpərvər siyasət yeridib. Daha sonra isə bu siyasət kökündən dəyişdirildi. Həmin dəyişikliklər bu gün də dünyanın müxtəlif yerlərində gedən qanlı müharibələrdə özünün aşkar şəkildə göstərməkdədir...

Elbəyi Həsənli,

musavat.com