FLAŞ


Azərbaycanda qadın həmcinsi ilə nişanlandı?

- FOTOLAR


http://sfera.az/file/pic/xeber/2018-12/1545376404_tek.jpg

Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın həmcinsi ilə nişanlandığına dair şaiyələr yayılıb.

"Open.az"ın Şaiyələrin yayılmasına idmançının "İnstagram" hesabında paylaşdığı fotoları səbəb olub.

Belə ki, o, bir müddətdir sevgili olduğu Aysel adlı xanımla paytaxt restoranlarından birində əlamətdar gününü qeyd edib.

F.Əzizova paylaşdığı şəklinə "Həyatın hər dəqiqəsini sevin" şərhini yazıb.

İzləyiciləri cütlükdən nişanlandıqlarını soruşsa da, onlar sualları cavabsız qoyub.

İdmançı ölkə.az-a açıqlamasında bildirib ki, fotodakı xanımla qohumdur:

"Aytən xanım mənim uzaq qohumumdur. Belə şayiələrin yayılmağı doğru deyil. Aytən xanım ailəlidir və bu, onun ailəsində böyük problem yarada bilər. Bu xəbəri ilk yazan saytla danışdım və doğum günündən çəkilmiş fotoları göndərdim. Bir daha deyirəm ki, həmin fotolar doğum günündə çəkilib. Mənim "İnstagram"da şəkil paylaşmağımın belə problem yaratmağının səbəbini anlamıram. Belə çıxır ki, bundan sonra hansısa fotonu paylaşanda ehtiyat etməliyik?"

F.Əzizova bildirib ki, barəsində ilk dəfə belə xəbər yayılır. İdmançı əməkdaşımızın "həmcinslərin evliliyinə münasibətiniz necədir" sualını belə cavablandırıb:

"Bu barədə nəsə deyə bilmərəm. Hər adamın şəxsi həyatı var".