FLAŞ


Toyda onun pencəyindən geyinən şəxsə Manafdan İLGİNC TƏKLİF


https://img.milli.az/2015/11/03/manaf_agayev_01245.jpg

Zaur Kamal aparıcısı olduğu "5/5"in efirində Manaf Ağayevlə bağlı maraqlı bir olayı tamaşaçılarla bölüşüb.

Milli.Az xəbər verir ki, məşhur müğənni yeni tikdirdiyi bahalı pencəyindən toylardan birində başqasında görüncə nə edəcəyini bilməyib.

M.Ağayev musiqiçi (səs rejissoru) olduğu deyilən həmin şəxsə yaxınlaşaraq pul təklif edib:

"Manaf Ağayev qəşəng 1000 manatlıq kostyum tikdirir. Bahalı toyların birində Manaf müəllim restorana daxil olanda görür ki, səs aparaturasının arxasında bir cavan oğlan həmən kostyumdan geyinib. Manaf müəllim nə etsə yaxşıdır? Çıxardıb ona 200 manat pul verib, deyib "Bunu cibinə qoy, heç olmasa aparaturanın arxasında oturanda pencəyi çıxart, şalvarda otur". Köynəklə toyu yola verib".