FLAŞ


Azyaşlılara siqaret satanlar cərimələndi


http://olke.az/uploads/1543999704/usaqsiqare.jpg
Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər.

"Ölkə.AZ" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Dekabrın 4-də Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Nərimanov və Binəqədi rayon Polis idarələrinin əməkdaşları ilə birgə həmin rayonların ərazisində reydlər keçiriblər. Bu zaman Nərimanov rayonu ərazisində 2, Binəqədi rayonu ərazisində isə 1 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkar edilib. Həmin mağaza və köşklərin 3 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.