FLAŞ


Tovuzda avtomobil aşdı: sürücü öldü


https://cdn.axar.az/2017/10/24/masin-asdi.jpg

Tovuzda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Report-un məlumatına görə, gecə saatlarında rayonun Əyyublu kənd sakini, 1994-cü il təvəllüdlü Abbasov Elnur İlqar oğlu həmin kəndin ərazisində avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarına aşıb. Ağır kəllə-beyin travması alan sürücü xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.