FLAŞ


Kürdəmirdə məktəbin tavanı dərs vaxtı uçdu

- FOTOLAR


https://i.virtualaz.org/263246_res_01.jpg

Kürdəmir rayonundakı Qarasu kənd məktəbində dəhlizin tavanı uçub. Hadisə dərs vaxtı qeydə alındığından xəsarət alan olmayıb.

Məktəbin direktoru Abduləli Qocayev virtualaz.org-a bildirib ki, məktəbin əsas binası 1967-ci ildə istifadəyə verilib və 51 yaşlı bina uzun illərdir təmir edilmir: “1970-ci ildə çiy kərpicdən ikinci korpus, sonradan daşdan daha bir korpus tikilib. Hazırda bütün korpusların əsaslı təmirə ehtiyacı var”.

Məktəb Təhsil Nazirliyi tərəfindən qəzalı kimi qeydiyyata alınıb. 2015-ci ildə 624 yerlik yeni məktəb binasının tikiləcəyi bildirilib, amma üstündən 3 il keçməsinə baxmayaraq nəinki yeni bina tikilməyib, heç cüzi təmir işləri belə aparılmayıb