FLAŞ


Qazax sakini bankomatı doğradı, pulları çıxara bilmədi


http://news.lent.az/upload/images/news/2018/april/26/big/8f0635f92cd48009f07c73dbe0bbfdf2.jpg

Dünən saat 02 radələrində Qazax rayonunda bankomata müdaxilə edən şəxs tutulub. 

Lent.az xəbər verir ki, Ağköynək kənd sakini 1990-cı il təvəllüdlü Zeynalov Ziyaddin Surxay oğlu Qazax şəhərinin H.Əliyev prospektində yerləşən “Beynəlxalq Bank” ASC-yə məxsus bankomata kustar üsulla müdaxilə etməklə onu yararsız hala salaraq 2 ədəd yaddaş kartını oğurlaıb. O, həmçinin bankomatdan oğurluğa cəhd edib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Z.Zeynalov saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün Qazax RPŞ-yə təhvil verilib. Baş vermiş hadisə zamanı bankomatda saxlanılan pul əskinaslarına ziyan dəyməyib.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.