FLAŞ


ƏHALİNİN NƏZƏRİNƏ: sosial evlərin satış tarixi açıqlandı


http://news.lent.az/upload/images/news/2018/april/06/big/0bc13cf8e676581547a0438caa239ff9.jpg

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verib. MİDA-dan Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-si saat 10:00-da başlayacaq və avqustun 7-si saat 10:00-dək davam edəcək.

Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.