FLAŞ


Baldızı ilə siğə etmək istədi, qan düşdü


http://news.lent.az/upload/images/news/2018/january/24/big/8fae064a81a145a6948c8c59b086c9e9.jpg

Bakıda baldızını bıçaqlamaqda təqsirləndirilən  Alim Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər kollegiyasının hökmünə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakı şəhərində baş verib. 1956-cı il təvəllüdlü A.Süleymanov baldızı Yeganə  İbrahimovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, A. Süleymanov baldızının əri öldüyü üçün onunla siğə etmək istəyib. O, bildirib ki, baldızın pis yola düşməməsi üçün onunla dini qaydada evlənmək niyyətində olub. Bu zaman ailədə söz-söhbət düşüb. Münaqişə zəminində A. Süleymanov baldızını vurub.