FLAŞ


Putin 7 dərəcə şaxtada gölə girdi


http://news.lent.az/upload/images/news/2018/january/19/big/b07aafbf3f523fd84346183ebf865e1c.jpg
Rusiya Prezidenti Vladimir Putin İsa peyğəmbərin doğum günü və xaş suyuna salınma mərasimlərinə qatılıb.
 
APA-nın xarici mətbuata istinadən xəbərinə görə, 65 yaşlı Putin paytaxt Moskvanın şimalındakı Nilov Monastırında dua edib. O, -7 dərəcə şaxtada gölə girib.
 
Prezidentin mətbuat katibi Dimitri Peskov Putinin daha əvvəllər belə mərasimlərə qatıldığını desə də, ilk dəfə mərasimin görüntülərini paylaşıb. 
 
Peskov bir neçə gün əvvəl mətbuata açıqlamasında Putinin səhhətinin yerində olduğunu demişdi.