FLAŞ


Azərbaycanda həyat yoldaşından boşanan meyxanaçı özünü öldürdü


http://news.lent.az/upload/images/news/2017/december/22/big/91d336a11b784f6a43bf67f85a05119c.jpg

Bu gün Neftçala rayonunda dəhşətli intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Neftçala şəhər sakini, 1985-ci il təvəllüdlü Hüseynov Şaban Gülmirzə oğlu özünü yaşadığı evin yaxınlığında yandıraraq intihar edib. Yeni salınan məhəllədə üstünə benzin tökən Şaban Hüseynov hadisə yerindəcə keçinib. Ətrafda kimsə olmadığından onun özünü yandırmasını heç kim görməyib. Bir qədər sonra küçədən keçənlər Şabanın yanmış meyitini tapıb.

Bildirilir ki, Şaban Hüseynov əslən rayonun Bankə qəsəbəsindəndir. O, bir müddət əvvəl həyat yoldaşından boşanıb.

Meyxanaçı kimi tanınan Şaban Hüseynov psixi xəstəliyinə görə dəfələrlə müalicə olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri virtualaz.org yayıb.