FLAŞ


Zorla donuzlara baxmağa məcbur edilən şəxslə bağlı YENİ QƏRAR


http://news.lent.az/upload/images/news/2017/december/14/big/1230fd206bb3207176a35d52f13c7977.jpg

Bakıda Ukrayna vətəndaşını fermada zorla işlətməkdə, istismar etməkdə təqsirləndirilənlər - Namiq Cahangirov, Məxsud Əliyev, Ataməli Əliyev və Ədalət Əliyevin apellyasiya məhkəməsi başa çatıb.

Lent.az-ın məlumatına görə, 17 il əvvəl Azərbaycana gələn Ukrayna vətəndaşı Abşeron rayonu, Bilgəh qəsəbəsindəki "Lahıc bağları" massivi ərazisində yerləşən xüsusi fermer təsərrüfatında tapılıb. Polislər onu taparkən, bərbad vəziyyətdə olub. O, danışa, baş verənləri ifadə edə bilməyib və dəhşətli dərəcədə üfunət iyi verib. Adı açıqlanmayan şəxsin 1999-cu ildə ailəsi ilə də arasında əlaqə kəsilib.

İttihama görə, ukraynalını məcburi işlədən şəxslər onun sənədlərini, şəxsiyyət vəsiqəsini əlindən alıblar, tez-tez döyüblər və fermada donuzlara baxmağa məcbur ediblər. Qışda kişi soyuq su ilə çimməyə vadar edilib. Beləliklə, xarici vətəndaş nökərə çevrilib. Və bir neçə nəfər onun növbə ilə istismar ediblər. 2012-ci ildə Ukraynada artıq onu itkin düşmüş hesab ediblər və qeydiyyatdan çıxarıblar. Zərərçəkmişin yaxınlarını tapmaq mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun adıçəkilən şəxslərin təqsirsiz olduğuna qərar verib və onlar barəsində bəraət hökmü çıxarıb.

Onlar istintaq dövründə də polisin nəzarətinə verilməklə azadlıqda olublar.

Baş Prokurorluq hökmdən narazı qalıb və apellyasiya protesti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə baxılıb. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.