FLAŞ


Eldar Mahmudovun üzünə duran generala hökm oxundu


http://news.lent.az/upload/images/news/2017/november/30/big/ced2d118275991c2b83eaf23dbd289ae.jpg

Bu gün Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmədə hökm elanı başlayıb.

Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hakimlər kollegiyasının hökmünə əsasən,  Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib.

Həmçinin, təqsirləndirilən şəxslərin hərbi rütbələrinin alınması barədə ölkə prezidentinə təqdimat göndərilib.

Zərərçəkmiş şəxslərin heç birinin mülki iddiası təmin edilməyib.

DTX-ın təqsirləndirilən şəxslərə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiası təmin edilib.

Elçin Quliyev və Azər Mehdiyevin əmlakları dövlət xeyrinə müsadirə edilib.

Məhkəmədə MTN-nin Binəqədi rayon şöbəsini sabiq rəisi, polkovnik leytenant Rafiq Səfərovun əmlakı ilə bağlı da qərar qəbul edilib. 
 
Rafiq Səfərovun Mərdəkan qəsəbəsində yerləşən, dəyəri 250 min manat olan əmlakı müsadirə edilib.  
 
Qeyd edək ki, Rafiq Səfərov  general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə şahid qismində dindirilib.
 
Hazırda Rafiq Səfərovun barəsində cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır.
 
Rafiq Səfərov azadlıqdadır. O, sahibkar Sahib Qurbanovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilir.