FLAŞ


Qazaxda soyğunçuluq etmiş şəxslər tutuldu


http://news.lent.az/upload/images/news/2017/november/10/big/ad335dce4810444b1468cb9f562898b5.jpg

Qazaxda soyğunçuluq etmiş şəxslər tutulub. 

Bolge.info xəbər verir ki, noyabrın 9-da Qazax rayonunun Qazaxbəyli kəndində 2 naməlum şəxs  Şirvan şəhər sakini Ramil Məmmədova zor tətbiq edərək 45 manat, 1850 lirə (810 manat) pulunu və mobil telefonunu alıb.

Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Roman Rzayev və Sumqayıt şəhər sakini Dərya Əsgərov tutulublar.

Araşdırma aparılır.