FLAŞ


"Roma”nın futbolçusu: “Qarabağ”ı düzgün qiymətləndirməmişdik”


http://qafqazinfo.az/uploads/1506581461/showpic_el100.jpg

“Çox vacib qələbə idi. Amma elə də yaxşı oyun göstərmədik”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazanan “Roma”nın futbolçusu Raca Nainqolan deyib. 

O, komandasının qələbəsinə sevinsə də, göstərdikləri oyundan razı qalmadığını bildirib: “Göstərdiyimiz, oyun heç də yaxşı deyildi. Düzdür, 3 xal qazandıq və sadəcə xal qazanmaqdan razı qala bilərik. Oyuna sürətli başladıq, irəli atıldıq, 2 qol vurduq.

Üçüncü qol da yaxında idi. Lakin sonradan nəsə baş verdi. Bəlkə də çox asan olacağını düşünürdük. Amma əksinə oldu. Rəqibi düzgün qiymətləndirməmişdik”.