FLAŞ


Müəllimlərin dərs bölgüsünün yeni qaydası


http://news.lent.az/upload/images/news/2017/august/25/big/a97e3ac3bcc41e56b6a305a060324f5a.jpg

Azərbaycanda bu tədris ilindən etibarən müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi zamanı onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr əsas götürülür. Müəllimləri düşündürən əsas məsələ isə bu bölgünün aparılma qaydasıdır. Həqiqətən məktəb direktorları dərs bölgüsünü ədalətlə aparırlarmı?

Bolge.info dərs bölgüsünün obyektiv və ədalətli aparılması üçün nazirliyin müəyyənləşdirdiyi hesablama qaydasını nəzərinizə çatdırır:

Tutaq ki,ümümtəhsil müəssisəsində hər hansı bir ixtisas üzrə 80 saat dərs yükü var və həmin ixtisas üzrə məktəbdə 5 müəllim çalışır. Bu dərs yükü bərabər bölünsə, hər müəllimə 16 saat dərs düşür (80:5=16)

Yeni qaydaya əsasən həmin 5 müəllimin diaqnostik qiymətləndirmədə ixtisasdan topladığı ballara uyğun hesablama aşğıdakı kimidir:

I müəllim: 39 bal

II müəllim: 38 bal

III müəllim: 35 bal

IV müəllim: 22 bal

V müəllim: 8 bal

V müəllimin balı 10 baldan aşağı olduğu üçün ona 6 saat dərs yükü nəzərdə tutulur. Digər 4 müəllimin  ixtisasdan topladığı ümumi nəticə 134 baldır. 80 saat dərs yükünün 6 saatı V müəllimə verildiyi üçün qalan 74 saat dərs yükünün proporsional bölünməsi üçün əmsal tapılır: 74:134=0.552 (əmsal)

Beləliklə I müəllimə 39*0.552=22 saat, II müəllimə 38*0.552=21 saat, III müəllimə 35*0.552=19 saat, IV müəllimə isə 22*0.552=12 saat dərs yükü nəzərdə tutulmalıdır.

Muxtar Əlizadə

Bolge.info