FLAŞ


Mingəçevirin kanalizasiya sistemi yenidən qurulacaq


http://news.lent.az/upload/images/news/2017/august/29/big/b53eda06ce5433d75671722a465d0d8c.jpg

Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Bolge.info-nun məlumatına görə, sərəncama əsasən, Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 9,5 milyon manat ayrılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.