FLAŞ


II Dünya müharibəsinin tankları dənizdən çıxarıldı


http://cdn.musavat.com/news/thumbnails/bd9561c4b36bfbeb86260cb29d306b00.jpg

Rusiyanın şimal donanmasına məxsus axtarış və xilasetmə qrupu II Dünya müharibəsindən qalma ABŞ-a məxsus tankları Barens dənizinin dərinliyindən çıxarıb.

Axar.az xəbər verir ki, tankların 1945-ci ildə batan “Tomas Donaldson” adlı daşıyıcı gəminin anbarında olduğu bildirilib. Məlumata görə, həmin gəmidən çıxarılan tanklar 3-cü və 4-cüdür.

Hazırda daha bir neçə zirehli texnikanın dənizdən çıxarılmaşı işləri aparılır.