FLAŞ


Nazirlik əməkdaşı öldü


http://news.lent.az/upload/images/news/2017/july/14/big/9dd2f6ed4a3543d96c4b1c40d224f736.jpg

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı qəfil vəfat edib. 

Lent.az xəbər verir ki, nazirliyin Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı Şəhriyar Nikipur dünyasını dəyişib. İlkin məlumata görə, o, infarkt nəticəsində həyatını itirib.

Qeyd edək ki, Ş.Nikipur 2013-cü ildən bu nazirlikdə işləyirdi və bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişdi.