FLAŞ


Tovuzda benzin içən 5 yaşlı uşaq xəstəxanaya düşdü


https://i.virtualaz.org/200452_res_01.jpg

Tovuz rayonunda 5 yaşlı uşaq benzin içərək zəhərlənib.

"Report"un məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Belə ki, kənd sakini, 2012-ci il təvəllüdlü Kərimli Tunar Rəşad oğlu yaşadığı evdə oyun oynadıqdan sonra susayıb və mətbəxtdəki plastik butulkada olan benzini su bilərək içib. Səhvən benzini içən uşaq yaxınları tərəfindən xəstəxanaya aparılıb. Uşağa həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra palatya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.