FLAŞ


Dövlət İmtahan Mərkəzindən V qrupun abituriyentlərinə XƏBƏRDARLIQ


http://modern.az/uploads/news/2c4f7db5-0a85-4f84-ac2f-1ec6e1944bf61499060044.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) iki gündən sonra - iyulun 5-də V ixtisas qrupu üzrə sənəd verən abituriyentlər üçün ali məktəblərə qəbul imtahanları keçirəcək.

Bolge.info  xəbər verir ki, DİM V ixtisas qrupundan olan abituriyentlərə buraxılış vərəqələrini çap etməyə çağırıb.  5 iyul tarixində keçiriləcək imtahanda iştirak edəcək abituriyentlər imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/erizetex/brxvtex/?frm=egov keçidinə daxil olmalıdırlar.

Qeyd edək ki, V ixtisas qrupundan olan abituriyentlər 3 fəndən - ana dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər.