FLAŞ


84 yaşlı kişi intihar etdi


http://news.lent.az/upload/images/news/2017/july/03/big/ff42b625ac7b56e712ef37228d5e0fae.jpg

Şəmkirdə intihar hadisəsi baş verib. Şəmkir rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə,  Qasım İsmayılov kənd sakini 1933-cü il təvəllüdlü Mehdiyev Mehdi Tapdıq oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

İlkin məlumata görə, M.Mehdiyev ağır xəstəlikdən əziyyət çəkirmiş.