FLAŞ


I vitse-prezidentin katibliyində yeni TƏYİNATLAR


http://news.lent.az/upload/images/news/2017/june/12/big/41be89ea5fe7a7cc7c287dc3efb2cb22.jpg
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub.
 
Bolge.info-nun Report-a istinadən xəbərinə görə, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin edilib.
 
Qeyd edək ki, bir müddət əvvəl Altay Həsənov Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olunub, həmçinin digər təyinatlar həyata keçirilib.
 
Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin strukturu belədir: 
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev
Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov
Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev (Y.Məmmədəliyev həm də Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiridir)
 
Xatırladaq ki, bu il fevralın 21-də Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.